[b]Kapitan dayandı, Rahid Əhmədova çatdı[/b]
06.10.2017 - 00:04
[b]Kapitan dayandı, Rahid Əhmədova çatdı[/b]

Rəşad Sadıqov seçmə mərhələlərdə 60-cı oyununu keçirib. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in Çexiya ilə seçmə oyunu Azərbaycan millisinin kapitanının dünya və Avropa çempionatları yolunda yubiley matçı olub.

 

Yığma ilə 1:2 hesablı məğlubiyyət, həmçinin ümumilikdə keçirdiyi 111 matçlıq rekordla ayrılan müdafiəçi seçmə oyunların sayında da hamıdan öndədi.

 

Seçmə oyunlarda ən çox oyun keçirən futbolçular arasında 5-ci yerə daha bir şərik çıxıb. Rahid Əmirquliyev 35 belə matç keçirən “üçlüy”ə qoşulub.

 

Qeyd edək ki, Rəşadın ən yaxın izləyicisi Kamran Ağayev kapitandan 13 oyun geri qalır.

 

1.

Rəşad Sadıqov

60

2.

Kamran Ağayev

43

3.

Emin Ağayev

37

4.

Aslan Kərimov

36

5-8.

Mahir Şükürov

35

 

Mahmud Qurbanov

35

 

Tərlan Əhmədov

35

 

Rahid Əmirquliyev

35