[b]Kapitan zədədən, legionerlər yığmadan qayıtdı[/b]
08.09.2016 - 12:09
[b]Kapitan zədədən, legionerlər yığmadan qayıtdı[/b]

Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edərək, Ukraynada toplanış keçən “Qəbələ” dünən Azərbaycana qayıdıb. Apasport.az saytının məlumatına görə, ölkə çempionatının IV turunda “Neftçi”nin qonağı olacaq “qırmızı-qaralar” matçın hazırlığını Bakıda davam etdirəcəklər.

 

Bu gün 1 məşqlə kifayətlənəcək “Qəbələ” axşam saatlarında “Bakı” klubunun təlim-məşq bazasında hazırlaşacaq. Bütün futbolçular baş məşqçi Roman Qriqorçukun ixtiyarında olacaqlar.

 

Belə ki, Gürcüstan və Estoniya yığmalarına çağırıldıqları üçün “Qəbələ”nin Ukrayna toplanışını buraxan Nika Kvekveskiri və Sergey Zenyov dünən klubun düşərgəsinə qayıdıb. Bundan əlavə, kapitan Rəşad Sadiqov zədəsini tam sağaldaraq, sıraya dönüb. 33 yaşlı yarımmüdafiəçinin “Neftçi” ilə matçda iştirakı üçün problem qalmayıb.

 

Qeyd edək ki, sentyabrın 10-da “Əlincə Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” matçı saat 20:00-da start götürəcək.