“Mançester Yunayted”dən ayrıldıqdan sonra işsiz qalan Lui van Qal “Bavariya”nı çalışdıra bilər. Apasport.az saytı “Bild” nəşrinə istinadən xəbər verir ki, Münhen klubunun rəhbərliyi Karlo Ançelottinin istefaya göndərilməsindən sonra boş qalan baş məşqçi postuna hollandiyalı mütəxəssisi gətirməyi düşünür.
Bundesliqa təmsilçisi ilə Luis Enrikenin də adı birgə hallanır. Lakin onunla müqayisədə van Qalın “Bavariya”nı çalışdırmaq ehtimalı daha çoxdu. Belə ki, 66 yaşlı məşqçi münhenlilərin Çempionlar Liqasında PSJ ilə keçirdikləri matçı (0:3) tribunadan izləyib. Məhz həmin görüşdən sonra Ançelotti istefaya göndərilib.
Bundan əlavə, van Qal “Bavariya” üçün yad sima deyil. O, 2009-2011-ci illərdə bu komandanı çalışdırıb.
Qeyd edək ki, “Bavariya” Lui van Qalın rəhbərliyi altında Bundesliqa, Almaniya Kuboku və Superkubokunun qalibi adını qazanıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”