“Boka Xuniors”un hücumçusu Karlos Tevez komandası ilə vidalaşıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçunun artıq yeni klubu da məlumdu.
“Kolon”la qarşılaşmada (4:1) sonuncu dəfə “Boka Xuniors”un heyətində meydana çıxan 32 yaşlı oyunçu 90-cı dəqiqədə əvəzlənərkən göz yaşlarını saxlaya bilməyib. “Boka Xuniors” rəsmilərindən biri isə Tevezin karyerasını Çində davam etdirəcəyini bildirib. Onun sözlərinə görə, futbolçu Çin klublarından biri ilə anlaşıb və yalnız rəsmi müqaviləyə qol çəkmək qalıb. Argentinalının yeni komandasında illik məvacibinin 40 milyon avro olması gözlənilir.
Qeyd edək ki, Karlos Tevez “Boka Xuniors”a ötən il “Yuventus”dan keçib.