[b]Kasilyas milli karyerasına aydınlıq gətirdi[/b]
17.12.2016 - 15:40
[b]Kasilyas milli karyerasına aydınlıq gətirdi[/b]

“Porto”nun qapıçısı İker Kasilyas milli karyerasına aydınlıq gətirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu yığmadan gedəcəyi ilə bağlı yayılan xəbərlərin yanlış olduğunu bildirib.

 

İspaniya millisinin 35 yaşlı qolkiperi hədəfinin 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında iştirak etmək olduğunu söyləyib: “Millidən kənarda qalmaq bir növ mənə yaxşı təsir etdi. Ancaq heç vaxt əlimi aşağı salıb, problemdən qaçmamışam. Baş məşqçi mənə dedi ki, əsas qapıçısı David de Xea olacaq. Bunu qəbul etdim. Ancaq yığmadan getmək qərarına gəlməmişəm. Niyə də Rusiyadakı dünya çempionatında iştirak etməyim?”.

 

Qeyd edək ki, İker Kasilyas İspaniya millisinin heyətində 167 oyun keçirib.