[b]Kasilyasa Fransadan təklif[/b]
31.05.2017 - 13:16
[b]Kasilyasa Fransadan təklif[/b]

İspaniyalı qapıçı İker Kasilyas “Porto”dan ayrıla bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 36 yaşlı qolkiperin karyerasını Fransada davam etdirmək variantı yaranıb.

 

Belə ki, Kasilyasın xidmətində “Marsel” klubu maraqlıdı. Liqa-1 təmsilçisi təcrübəli çərçivə qoruyucusu ilə danışıqlara başlayıb. Fransızlar Kasilyasa 1+1 şərtində müqavilə təklif edib.

 

Qeyd edək ki, Madrid “Real”ının yetirməsi olan İker Kasilyas 2015-ci ildən “Porto”nun formasını geyinir.