Kaxaber Sxadadze Gürcüstan milli komandasının baş məşqçi postundan uzaqlaşdırılıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, bu barədə Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Levan Kobiaşvili məlumat verib.
Ona yeni müqavilə təklif edilsə də, tərəflər arasında maliyyə məsələsində anlaşmazlıq yaranıb.
Sxadadze üçün ödənilən məbləğin çox olduğunu bildirən GFF prezidenti 50%-lik endirim təklifinin rədd edilməsindən sonra baş məşqçi ilə yolları ayırmağı üstün tutub.
Qeyd edək ki, Kaxa milli komandada işləmək üçün Bakının “İnter” komandasının baş məşqçi postundan istefa vermişdi.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA