[b]Keçmiş “Qəbələ”li rekorda imza atdı[/b]
02.05.2017 - 22:30
“Qəbələ”nin keçmiş baş məşqçisi Yuri Syomin rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis 5-ci dəfə Rusiya kubokunun qalibi olaraq hər kəsi qabaqlayıb.
Belə ki, Syominin rəhbərlik etdiyi “Lokomotiv” finalda “Ural”a qalib gələrək 7-ci dəfə ölkənin ikinci dərəcəli mükafatına sahib çıxıb.
Baş məşqçi özü isə uğurların sayında Valeri Qazzayevi arxada qoyaraq liderliyə yüksəlib.
Qeyd edək ki, Yuri Syomin hər 5 mükafatı “dəmiryolçular”la qazanıb. O, 1995/96, 96/97, 99/00, 00/01, 16/17 mövsümlərində hamını qabaqlayıb.
0
0