[b]Keçmiş qapıçı Ronaldo və Runini fərqləndirdi[/b]
05.10.2017 - 17:05
[b]Keçmiş qapıçı Ronaldo və Runini fərqləndirdi[/b]

Hollandiya yığmasının sabiq qapıçısı Edvin van der Sar maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xəbər verir ki, o, “Mançester Yunayted”də birgə oynadığı Kriştianu Ronaldo və Ueyn Runini müqayisə edib.

 

Ronaldonun daha güclü futbolçu olduğunu deyən van der Sar bunu belə izah edib: “Həm Kriştianu, həm də Ueyn məşqlərdə inanılmaz güc sərf edirdilər. Amma Ronaldo oyun keyfiyyətini daha da artırdı. Çünki Runidən fərqli, o, meydandan kənarda da intizamlı davranırdı. Buraya düzgün qidalanması və istirahəti aiddi”.

 

Qeyd edək ki, van der Sar 2005-2011-ci illərdə “Mançester Yunayted”in formasını geyinib.