[b]Kişilər qalib gəldi, xanımlardan heç-heçə[/b]
11.11.2016 - 00:43
[b]Kişilər qalib gəldi, xanımlardan heç-heçə[/b]

Serbiyanın Novi Sad şəhərində şahmat üzrə klublararası Avropa Kubokunda V turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışa kişi və qadın komandalarla qatılan Azərbaycanın “Odlar Yurdu” klubları növbəti görüşlərinə çıxıblar.

 

İsveçrənin “Schachgesellschaft Riehen” komandası ilə qarşılaşan kişi komandamız rahat qələbə qazanıb – 5:1.

 

Qadınlarımız isə İtaliya təmsilçisi “Fischer Chieti” ilə heç-heçə oynayıblar.

 

Klublar arasında Avropa Kuboku

V tur

Kişilər

 

“Odlar Yurdu” - “Schachgesellschaft Riehen” – 5:1

1. Teymur Rəcəbov – Andreas Heyman – 1:0

2. Qədir Hüseynov – Oqnen Svitan – 1:0

3. Arkadi Naydiç – Yohannis Qeorqiadis – 0:1

4. Eltac Səfərli – Nikolas Brünner – 1:0

5. Emil Sutovski – Ralf Buss – 1:0

6. Vasif Durarbəyli – Sebastyan Şmit – 1:0

 

Qadınlar

 

“Odlar Yurdu” – “Fischer Chieti” – 2:2

1. Zeynəb Məmmədyarova – Monika Soçka – 0:1

2. Günay Məmmədzadə - Olqa Zimina – 0.5:0.5

3. Gülnar Məmmədova – Gaya Paolino – 1:0

4. Aydan Höccətova – Yevgeniya di Primo – 0.5:0.5

 

Qeyd edək ki, 5 turdan sonra kişi komandamız 6 xalla 7-ci, qadın komandamız isə 6 xalla 4-cü pillədə qərarlaşıb.