[b]Klinsman və Foqts getdi, əvəzində o, gəldi[/b]
22.11.2016 - 23:19
ABŞ millisinin yeni baş məşqçisi bəlli olub. Apasport.az saytının məlumatına görə, almaniyalı Yürgen Klinsmandan boşalan posta Brüs Arena təyin edilib.
Son 8 ili “Los Anceles Qalaksi”də keçirən mütəxəssis bu müddətdə 3 dəfə MLS Liqasının qalibi olub.
O, milli ilə anlaşdıqdan sonra klubdakı vəzifəsindən ayrılıb.
Qeyd edək ki, ABŞ millisində Yürgen Klinsman baş məşqçi, millimizin keçmiş çalışdırıcısı Berti Foqts isə onun məsləhətçisi kimi çalışırdı.
0
0