[b]Klinsmann istefaya göndərildi, Foqts işsiz qaldı[/b]
22.11.2016 - 09:14
[b]Klinsmann istefaya göndərildi, Foqts işsiz qaldı[/b]

ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmann istefaya göndərilib. Apasport.az-ın məlumatına görə, bu barədə ölkənin futbol federasiyası rəsmi məlumat yayıb.

 

Klinsmannın göndərilməsinə amerikalıların DÇ-2018-in seçmə mərhələsinə uğursuz start vermələri səbəb olub. Keçirdiyi hər iki görüşdə məğlub olan ABŞ millisi qrupda sonuncu pillədə qərarlaşıb.

 

Klinsmannın istefaya göndərilməsi ilə ABŞ millisində məsləhətçi işləyən, millimizin sabiq baş məşqçisi Berti Foqtsun da fəaliyyəti başa çatıb.

 

Qeyd edək ki, məşqçilik karyerasına 2004-cü ildə başlayan Klinsmann 2011-ci ildən ABŞ yığmasını çalışdırırdı.