[b]“Benfika”nın sabiq prezidenti həbs edildi[/b]
04.03.2016 - 12:41
[b]“Benfika”nın sabiq prezidenti həbs edildi[/b]

“Benfika” klubunun sabiq prezidenti Manuel Damasiu həbs olunub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 75 yaşlı futbol adamı korrupsiyada ittiham olunur.

 

1994-cü ilin yanvarından 1997-ci ilin oktyabr ayına qədər “Benfika”ya rəhbərlik etmiş Damasiunun həmin dövrlərdəki qeyri-qanuni əməlləri ortaya çıxıb. O, korrupsiyada və çirkli pulların yuyulmasında ittiham olunur.

 

Qeyd edək ki, Manuel Damasiu ilə bağlı araşdırma 2014-cü ildən etibarən aparılmağa başlanılıb.