[b]Klub prezidenti oyunçuları bazaya həbs etdi[/b]
02.05.2017 - 22:10
[b]Klub prezidenti oyunçuları bazaya həbs etdi[/b]

“Cenoa”nın prezidenti Enriko Pretsiozi son turlarda qeydə alınan uğursuzluqlardan sonra oyunçularını cəzalandırmaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, o, futbolçuları bazaya həbs edib.

 

Klub rəhbəri bildirib ki, komanda A seriyasında qalmağı təmin edənə qədər heç kim bazadan kənara çıxa, hətta ailəsi ilə də görüşə bilməyəcək: “Oyunçulara başa saldım ki, onlar ailələrini görə bilməyəcəklər. Onlar bazaya gedəcəklər və bizi xilas edəcək matçı qazanana kimi orda çıxmayacaqlar. Ən pis halda iyunun 28-nə kimi orda qalacaqlar”.

 

Qeyd edək ki, “Cenoa” son 7 oyunun 6-da məğlub olub. Genuyalılar turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. B seriyasına düşmə sırasından onları cəmi 5 xal ayırır.