[b]Klublar Komitəsinin gündəliyindəki 3 məsələ[/b]
16.11.2016 - 10:46
[b]Klublar Komitəsinin gündəliyindəki 3 məsələ[/b]

Bu gün AFFA Klublar Komitəsinin (KK) növbəti iclası keçiriləcək. Apasport.az saytının məlumatına görə, toplantıda müzakirə olunacaq məsələlər artıq bəlli olub. Fikrət Hüseynovun rəhbərlik etdiyi komitənin gündəliyində 3 məsələ var. Bunlar belədi:

 

1. Azərbaycan çempionatında komandaların sayının müəyyənləşdirilməsi ilə bağlı AZAL klubunun təklifi;

 

2. AFFA-nın Texniki Departamentinin əməkdaşları ilə görüş. (Məşqçi kursları ilə bağlı suallara aydınlıq gətirilməsi);

 

3. Uşaq liqalarında komanda nümayəndələri tərəfindən hakimlərə qarşı zorakılıq halları;

4. Digər məsələlər.