“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçını keçirəcəyi tarix Azərbaycan klubları üçün fərqli nəticələrlə əlamətdardı. Apasport.az saytının məlumatına görə, indiyədək 3 komandamız iyulun 25-də avrokuboklar səviyyəsində meydana çıxıb.
Bu görüşlərin hamısı 4 il əvvələ - 2013/14 mövsümünə təsadüf edib. Avropa Liqasındakı üç komandalardan biri mərhələ adlayıb. Buna da məhz “Qarabağ” imza atıb. Lakin 4 il əvvəlki matçı ağdamlılar üçün də asan saymaq olmaz. Qurban Qurbanovun yetirmələri evdə 2:1 hesabı ilə məğlub etdiyi “Pyast”a səfərdə eyni hesabla uduzub və qarşılaşma əlavə vaxtadək uzanıb. Yalnız bu 30 dəqiqədə Ulrix Kapolonqonun vurduğu bərabərlik qolu ümumi hesabda ağdamlılara üstünlük qazandırıb.
Eyni gündə Avropa Liqasındakı digər təmsilçilərimiz də qüvvəsini sınayıb. “İnter” Norveç “Tromse”sinə qalib də gəlməyi bacarıb. Amma 1:0 hesablı qələbə faydasız olub. Komanda səfərdəki 0:2-nin əvəzini çıxa bilmədiyi üçün yarışla vidalaşıb.
2013-cü ilin 25 iyul tarixi “Xəzər Lənkəran” üçün daha acınacaqlı olub. Hayfa “Makkabi”sinə 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmaq üçün doğma stadionda mübarizə aparan cənublular tarixinin ən ağır anlarını yaşayıb – 0:8.
Bir sözlə, iyulun 25-nə təsadüf edən 3 qarşılaşmada təmsilçilərimiz 1 qələbə qazanıb, 1 heç-heçə edib və 1 dəfə uduzub. Məğlubiyyət böyükhesablı olması, qələbə faydasızlığı ilə diqqət çəkibsə, heç-heçə əldən verilmiş üstünlüyün qaytarılması ilə nəticələnib.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi