[b]Klubu qalib gəldi, milli oyunçu kənardan izlədi[/b]
05.03.2016 - 00:27
[b]Klubu qalib gəldi, milli oyunçu kənardan izlədi[/b]

Almaniya 2-ci Bundesliqasında 25-ci tura start verilib. Apasport.az saytının məlumatına görə, yığma komandamızın üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" səfərdə "Fortuna"yla (Düsseldorf) qarşılaşıb.

 

Klubunun minimal hesabla qalib gəldiyi oyunu milli futbolçu ehtiyat oyunçular skamyasından izləyib.

 

Hazırda hesabında 34 xal olan "Karlsrue" 7-ci pillədə qərarlaşıb.

 

Almaniya 2-ci Bundesliqası, 25-ci tur

4 mart

 

“Fortuna” – “Karlsrue” - 0:1

Qol: Yamada, 75