[b]2 het-triklə 2015-ci ilin ən məhsuldar futbolçusu oldu[/b]
10.03.2015 - 10:49
[b]2 het-triklə 2015-ci ilin ən məhsuldar futbolçusu oldu[/b]

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən məhsuldar oyunçularının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2015-ci ilin arxada qalan hissəsində keçirilən beynəlxalq matçlarda ən çox qol vuranların cədvəlinə argentinalı Qustavo Bou başçılıq edir.

 

“Rasinq”in hücumçusu Libertadores kubokunda iki het-trik etməsi sayəsində 6 qolla ilk pillədə qərarlaşıb. İlk “üçlük”də BƏƏ yığmasının iki üzvü - “Əl-Cəzirə” klubunda çıxış edən Əli Mahud və “Əl-Əhli”nin üzvü Əhməd Xəlil də yer alıb. Hərəyə 5 dəfə fərqlənən cütlükdən birincisi bütün qollarını millidə vurduğu üçün 2-ci pillədə qərarlaşıb. Xəlil isə 4 dəfə yığmada, 1 dəfə klubda qol sevinci yaşayıb.

 

Ümumilikdə isə ən azı 3 qol vuranların yer aldığı siyahıya 22 futbolçu daxil edilib. Onlardan 10-u Asiya, 6-sı Afrika, 4-ü Cənubi Amerika və yalnız 2-si Avropanı təmsil edir. “Köhnə qitə”nin ən yaxşısı İngiltərə “Everton”u ilə avrokuboklarda 5 qol vuran belçikalı Romelu Lukakudu.

 

Qeyd edək ki, Azərbaycan millisi və klubları 2015-ci ilin arxada qalan hissəsində heç bir rəsmi beynəlxalq oyun keçirməyib.