[b]Komandamızın Avropa Liqasına getməsi dəqiqləşdi[/b]
16.01.2017 - 15:54
[b]Komandamızın Avropa Liqasına getməsi dəqiqləşdi[/b]

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqasında iştirakı rəsmiləşib. Apasport.az saytının məlumatına görə, sifariş ərizəsini gecikdirən federasiya son anda istəyini həyata keçirib.

 

Belə ki, Avropa Liqasında cəmi 7 komanda iştirakını təsdiqləmişdi. Buna uyğun olaraq, püşk də atılmışdı. Albaniya, Makedoniya və İsveç A, Danimarka, Macarıstan, İsrail və Ukrayna isə B qrupunda mübarizə aparmalı idi. Lakin yığmamız yarışa sifariş edildikdən sonra qrupda dəyişiklik qaçılmaz olub. Komandamızın A qrupunda yarışacağı gözləniləndi. Lakin hələlik Avropa Voleybol Konfederasiyası bununla bağlı qərar verməyib.

 

Qeyd edək ki, oyunlara iyunda start veriləcək.