[b]Komandası məğlub oldu, Dmitri Nazarov ehtiyatda qaldı[/b]
22.03.2016 - 10:09
[b]Komandası məğlub oldu, Dmitri Nazarov ehtiyatda qaldı[/b]

Azərbaycan yığmasının futbolçusu Dmitri Nazarovun klubu “Karlsrue” növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, komanda II Bundesliqanın XXVII turunda “Frayburq”un qonağı olub.

 

Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın taleyini 1 top həll edib. Belə ki, 58-ci dəqiqədə Mayk Frantsın yeganə qoluna sevinən meydan sahibləri görüşdən 3 xalla ayrılıblar. Son saniyələrdə bir oyunçusu qırmızı vərəqə alan “Karlsrue”də isə Dmitri Nazarov oyunu ehtiyat oyunçular skamyasında izləməklə kifayətlənib.

 

Qeyd edək ki, bu nəticədən sonra 35 xalda qalan “Karlsrue” turnir cədvəlinin 10-cu pilləsinə yuvarlanıb.