[b]Konfederasiyalar Kubokunun ən yaxşıları[/b]
03.07.2017 - 00:45
[b]Konfederasiyalar Kubokunun ən yaxşıları[/b]

Konfederasiyalar Kuboku – 2017 başa çatıb. Apasport.az saytının məlumatına görə, Rusiyada keçirilən turnirin qalibi Almaniya millisi olub.

 

Finalda Çili ilə qarşılaşan “bundestim” 1:0 hesablı qələbə qazanaraq ilk çempionluğunu elan edib.

 

Yarışın ən yaxşı oyunçusu Yulian Draksler olub. Rusiyaya əsasən ehtiyat heyətlə yollanmış Almaniya yığmasının kapitanı olan PSJ-liyə Çili ilə maçtdan sonra xüsusi “Qızıl top” təqdim olunub. O, millisinin çempionatdakı bütün matçlarında forma geyinib və 1 qol vurub. Draksler bir dəfə də məhsuldar ötürmə ilə yadda qalıb.

 

Kiçik dünya çempionatı da adlandırılan turnirin ən yaxşı bombardiri adına da almaniyalı futbolçu yiyələnib. Timo Verner 3 qol və 2 məhsuldar ötürmə ilə “Qızıl buts”u əldə edib.

 

Konfederasiyalar Kubokunun ən yaxşı qapıçısı isə Çilinin “çərçivə qoruyucusu” Klaudio Bravo olub. Yarımfinalda Portuqaliya ilə oyundan sonrakı penalti seriyasında ardıcıl 3 zərbəni qaytararaq komandasını finala çıxaran “qolkiper”ə “Qızıl əlcək” təqdim olunub.