[b]Konte Villianın vurduğu qol haqda: Bunu özündən soruşacam[/b]
26.11.2017 - 01:07
[b]Konte Villianın vurduğu qol haqda: Bunu özündən soruşacam[/b]

"Nəticəyə görə məyus olmalıyam. Amma ilk hissədə yaxşı oyun göstərdik. Fasilədən sonra da çoxlu qol vəziyyəti yaratdıq və topa nəzarət etdik". Apasport.az saytı xəbər verir ki, bu sözləri "Çelsi"nin baş məşqçisi Antonio Konte deyib.

 

Həftəiçi Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"a qalib gəlmiş (4:0) londonlular İngiltərə Premyer Liqasının XIII turunda "Liverpul"la heç-heçə (1:1) ediblər.

 

"Zadəganlar"ın çalışdırıcısı Konte matçla bağlı BBC-yə açıqlama verib. O, qələbəyə layiq olduqlarını bildirməklə yanaşı, heç-heçənin də yaxşı nəticə olduğunu deyib: "Futbolçularım son vaxtlar istirahət edə bilməsələr də, bu durumda özlərini yaxşı tərəfdən göstərdilər. "Liverpul"un meydanında oynamaq asan deyil. Amma biz "döyüşdük" və qələbə qazanmağa çalışdıq. Rəqib hesabı açdığı epizodda bəxtimiz gətirmədi. Ümumilikdə heç-heçə yaxşı nəticədi. Bəlkə də, qələbəyə layiq idik".

 

Konte "Çelsi"nin vurduğu qol haqda da fikirlərini bildirib: "Villianın həmin epizodda zərbə vurduğunu, yoxsa ötürmə verdiyini bilmirəm. Bunu özündən soruşacam".

0