“Çelsi”nin baş məşqçisi Antonio Konte gələcəyi ilə bağlı yekun verib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, italiyalı çalışdırıcı komandasında qalmaq qərarına gəlib.
Belə ki, “Çelsi”ni İngiltərə çempionu edən Konte “zadəganlar”la yeni 2 illik sazişə qol çəkib. Buna qədər illik məvacibi 5 milyon funt-sterlinq olan mütəxəssisin maaşı yeni müqavilədən sonra 10 milyon funt-sterlinqə çatıb. Bununla da 47 yaşlı məşqçinin İtaliyaya qayıdacağı ilə bağlı yayılan söz-söhbətlərə son qoyulub.
Qeyd edək ki, Antonio Konte “Çelsi”nin “sükanı arxası”na ötən ilin yayında keçib.
- Entoni Teylorun seçimləri – Super Liqada hakim təyinatları
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək