[b]Kosta “Yuventus”la anlaşdı[/b]
14.06.2017 - 11:04
[b]Kosta “Yuventus”la anlaşdı[/b]

“Yuventus” yay fasiləsində növbəti transferi reallaşdırmağa hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Sampdoriya”dan hücumçu Patrik Şikini 30,5 milyon avroya alan “qoca sinyora” ön xəttə daha bir oyunçu cəlb edəcək.

 

Söhbət “Bavariya”nın cinah oyunçusu Duqlas Kostadan gedir. Adı “Barselona” ilə də birgə hallanan Kosta İtaliya çempionunun təklifini müsbət cavablandırıb. Braziliya millisinin üzvü “Yuve” ilə ilinə 6 milyon avroluq maaş qarşılığında müqavilə imzalamağa razılıq verib.

 

26 yaşlı futbolçudan “hə” cavabını alan turinlilər “Bavariya” rəhbərliyi ilə danışıqları intensivləşdirib. Bundesliqa çempionu bu keçid üçün 50 milyon avro tələb edirsə, “Yuventus”un ilk təklifi 40 milyon avro olub. Tərəflərin yaxın günlərdə ortaq məxrəcə gəlməsi gözlənilir.

 

Qeyd edək ki, “Bavariya” Duqlas Kostanı 2015-ci ildə Donetsk “Şaxtyor”undan 25,5 milyon avroya transfer edib.

0