[b]Koutinyo qayıtdı[/b]
07.09.2017 - 18:05
“Liverpul”un yarımmüdafiəçisi Filipp Koutinyo İngiltərəyə qayıdıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “sambaçı” klubuna dönüb.
Yay transfer dönəmində “Barselona”ya keçmək istəyən, lakin bu, baş tutmadığı üçün “Liverpul” rəhbərliyindən inciyən Koutinyo Braziliya millisinin oyunlarından sonra İngiltərəyə qayıdaraq, “mersisaydlılar”ın hazırlığına qoşulub.
Onunla yanaşı, Roberto Firmino, Məhəmməd Salah, Deyan Lovren, Co Qomes, Əmrə Can, Dominik Solanke və Trent Aleksandr-Arnold da yığma komandalarından qayıdaraq, “Liverpul”la məşqlərə başlayıblar.
- Yasin Kol və Göktuğ Hazar Erel məhkəməyə göndərildi
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
0
0