[b]Krneta qayıtdı, Qadze və Sadiqov...[/b]
31.05.2017 - 16:25
[b]Krneta qayıtdı, Qadze və Sadiqov...[/b]

Avropa Liqasında mübarizə aparacaq “Zirə” hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, komanda toplanışın ilk hissəsini Bakıda keçirir.

 

“Zirə”nin legioner futbolçularından daha biri bu gün düşərgəyə qoşulub. Söhbət serbiyalı müdafiəçi Yovan Krnetadan gedir. Qanalı hücumçu Riçard Qadze isə kollektivə sabah qatılacaq.

 

Paytaxt təmsilçisinin yeni transferi Rəşad Sadiqov da məşqlərdə hələ ki, iştirak etmir. O, yeni komandasının heyətində iyunun 3-də məşqlərə başlayacaq.

 

“Zirə”nin Bakıdakı hazırlıq prosesində yoxlama görüşü keçirəcəyi gözlənilmir.

 

Qeyd edək ki, komanda iyunun 10-da Boluya yollanacaq və hazırlığın ikinci mərhələsi Türkiyədə baş tutacaq.