[b]Kubokun finalı Gəncədə keçirilsə...[/b]
01.03.2016 - 15:22
[b]Kubokun finalı Gəncədə keçirilsə...[/b]

Azərbaycan kubokunun finalının Gəncədə keçirilməsi ideyasının gerçəkləşməsi Klublar Komitəsinin bugünkü yığıncağında müzakirə olunub. Apasport.az saytının məlumatına görə, mövsümün həlledici qarşılaşması ölkənin ikinci ən böyük şəhərində keçirilsə, bu arena finalı qəbul edən 6-cı stadion olacaq.

 

Belə ki, indiyədək 5 stadionda kubok sahibi bəlli olub. Bunlardan üçü Bakıdakı arenalardı. 2005/06 mövsümündə “Şəfa”, indiki “İnter Arena” həlledici matça ev sahibliyi edib. 2011/12 mövsümündə isə “Dalğa Arena”da yarışın qalibi bəlli olub.  Daha 18 finalı isə Tofiq Bəhramov adına Respublika stadionu qəbul edib.

 

İndiyədək yalnız iki dəfə final paytaxtdan kənarda baş tutub. 2000/01 mövsümünə təsadüf edib ilk belə oyun Sumqayıtda baş tutub. Ötən mövsümdə isə Qəbələ ikinci belə hadisəyə şahid olub.

 

Əgər finalın Gəncəyə verilməsi rəsmiləşsə, ölkə kuboku tarixində 3-cü dəfə kubok paytaxtdan kənarda, 5-ci dəfə Respublika stadionundan başqa arenada sahibini tapacaq.