[b]La Liqa klubunda baş məşqçi istefası[/b]
07.03.2017 - 12:54
[b]La Liqa klubunda baş məşqçi istefası[/b]

İspaniya klubu “Malaqa” baş məşqçisi Marselo Romero ilə yollarını ayırmaq qərarına gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb komandanın uğursuz çıxış etməsidi.

 

Ötən ilin dekabr ayında Xuande Ramosu əvəz edən Romeronun rəhbərliyi altında La Liqa təmsilçisi keçirdiyi 10 oyunun 7-də məğlub olub. “Malaqa”nın yeni baş məşqçisinin “Marsel”in sabiq çalışdırıcısı Migel Miçelin olması gözlənilir.

 

Qeyd edək ki, “Malaqa” 26 turdan sonra aktivindəki 26 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşır.