[b]“Everton” La Liqadan oyunçu aldı[/b]
04.07.2017 - 00:44
[b]“Everton” La Liqadan oyunçu aldı[/b]

“Everton” “Malaqa”dan hücumçu Sandro Ramiresi transfer edib. Apasport.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı açıqlama yayıb.

 

Bildirilib ki, 21 yaşlı futbolçu ilə 2021-ci ilə qədər müqavilə imzalanıb. Bunun üçün “Malaqa”ya 5,2 milyon sterlinq ödənilib.

 

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Sandro ötən mövsüm transfer olunduğu "Malaqa"da 31 oyuna 16 qol vurub.