[b]Legioner limiti dəyişdirilir[/b]
05.07.2017 - 18:16
[b]Legioner limiti dəyişdirilir[/b]

Rusiya Premyer Liqasında legioner limiti dəyişdiriləcək. Apasport.az saytının məlumatına görə, bunu Rusiya Federasiyasının baş nazirinin müavini Vitali Mutko açıqlayıb.

 

Eyni zamanda Rusiya Futbol İttifaqının prezidenti olan funksioner bildirib ki, Peşəkar Futbol Komitəsinin rəhbərliyi ilə bir sıra məsələdə razılığa gəliblər. Onun sözlərinə görə, yeni mövsümdən limit meydanda olan futbolçuların sayına deyil, iştirak ərizəsində olan oyunçuların sayına tətbiq ediləcək.

 

Qeyd edək ki, hazırda Premyer Liqada 6+5 sxemi qüvvədədi. Hərçənd 2015/2016 mövsümündə iştirak ərizəsində 10+15 sxemi olmalı idi. Lakin bu son anda dəyişdirilmişdi.