Topaz Premyer Liqasının 2015/16 mövsümünün ən yaxşı bombardiri olan Dani Kintana bu mükafatı qazanan ilk ispaniyalı olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionatlarının 24 illik tarixində onadək heç bir ispaniyalı mövsümün ən məhsuldar oyunçusu kimi fərqlənməmişdi.
Ümumilikdə isə yarışda 8-ci dəfə bombardir adına legioner layiq görülüb. Daniyədək 2 dəfə Gürcüstan təmsilçisi ən yaxşı olmuşdusa, Braziliya, Özbəkistan, Çili, Fil Dişi Sahili və Uruqvaydan olan gəlmələr buna sevinmişdi. Dani legionerlərin Premyer Liqadakı hegemonluğunu davam etdirib ki, son 6 mövsümdə 5-ci dəfə əcnəbi hamıdan çox qol vurub.
Lakin Dani bunu 15 qolla bacarıb ki, bu göstərici də bombardirlər arasında ən aşağı göstəricilərdəndi. Ötən mövsüm 15 qol vuran Nurlan Novruzovla eyni göstəriciyə imza atan Kintana yalnız 13 topla hamını qabaqlayan Paşa Əliyevi geridə qoyub.
24 çempionatdan yalnız 23-ü başa çatıb ki, bunlardan 3-də Nazim Əliyev bombardir adına layiq görülüb. Zaur Ramazanov isə bunu 2 dəfə gerçəkləşdirib.
|
mövsüm |
futbolçu |
klubu |
qol |
|
1992 |
Nazim Əliyev |
“Xəzər” |
39 |
|
1993 |
Samir Ələkbərov |
“Neftçi” |
16 |
|
1993/94 |
Musa Qurbanov |
“Turan” |
35 |
|
1994/95 |
Nazim Əliyev |
“Neftçi” |
26 |
|
1995/96 |
Rövşən Əhmədov |
“Kəpəz” |
23 |
|
|
Fazil Pərvərov |
“Kəpəz” |
23 |
|
1996/97 |
Qurban Qurbanov |
“Neftçi” |
34 |
|
1997/98 |
Nazim Əliyev |
“Dinamo” |
23 |
|
1998/99 |
Alay Bəhramov |
“Viləş” |
24 |
|
1999/00 |
Badri Kvaratsxeliya |
“Şəmkir” |
16 |
|
2000/01 |
Paşa Əliyev |
“Dinamo-Bakılı” |
13 |
|
2003/04 |
Samir Musayev |
“Qarabağ” |
20 |
|
2004/05 |
Zaur Ramazanov |
“Karvan” |
21 |
|
2005/06 |
Yakuba Bamba |
“Karvan” |
16 |
|
2006/07 |
Zaur Ramazanov |
“Xəzər-Lənkəran” |
20 |
|
2007/08 |
Xaqani Məmmədov |
”İnter” |
19 |
|
2008/09 |
Valter Quqlemon |
“İnter” |
17 |
|
2009/10 |
Fərid Quliyev |
“Standard” |
16 |
|
2010/11 |
Georgi Adamiya |
“Qarabağ” |
18 |
|
2011/12 |
Bahodir Nasimov |
“Neftçi” |
16 |
|
2012/13 |
Nikolas Kanales |
“Neftçi” |
26 |
|
2013/14 |
Reynaldo Silva |
“Qarabağ” |
22 |
|
2014/15 |
Nurlan Novruzov |
Bakı |
15 |
|
2015/16 |
Dani Kintana |
“Qarabağ” |
15 |