“Bavariya”nın hücumçusu Robert Levandovski komandanın bugünkü məşqində zədələnib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ayağında ağrılar hiss edən polşalı forvard məşqi yarımçıq tərk edib.
Dərhal tibbi müayinədən keçən 28 yaşlı oyunçunun durumuna aydınlıq gəlib. Baş məşqçi Karlo Ançelotti onun Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”la gələn həftə keçiriləcək görüşü buraxmasından narahat idi. Lakin müayinə zamanı məlum olub ki, Levandovskinin zədəsi yoxdu. Həkimlər onun nəinki “Real”la, hətta həftəsonu Dortmund “Borussiya”sı ilə Bundesliqa matçına da hazır olacağını bildiriblər.
Qeyd edək ki, Robert Levandovski bu mövsüm “Bavariya”nın heyətində meydana çıxdığı 39 qarşılaşmada 36 qola imza atıb.