Dünyanın yaşıl meydanlarında bir neçə yoldaşlıq görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, "Tottenhem" "İnter"i topa tutub. Hotspurlular İtaliya nəhənginin qapısından nə az, nə çox, düz 6 top keçiriblər. Mançininin yetirmələri yalnız 1 dəfə fərqlənməyə nail olublar.
Günün digər maraqlı oyunu isə "Borussiya" (Dortmund) və "Sanderlend" arasında baş tutub. Oyun 1:1 hesablı bərabərliklə nəticələnib.
“Arsenal” isə Skandinaviya turnesinin ilk oyununda Norveç “Vikinq”ini meydana çıxmağına peşman edib – 8:0.
Yoxlama oyunları
5 avqust
“Tottenhem” (İngiltərə) – “İnter” (İtaliya) – 6:1
Qollar: Keyn, 5-pen; 57. Lamela, 40. Delle Alli, 52. Yanssen, 65. Harrison, 77 - Perişiç, 24.
“Borussiya” D (Almaniya) – “Sanderlend” (İngiltərə) – 1:1
Qollar: Nuri Şahin, 17 - Kone, 66
“Bernli” (İngiltərə) – “Real Sosyedad” (İspaniya) – 1:1
Qollar: Qrey, 88 - Navas, 31
“Vikinq” (Norveç) – “Arsenal” (İngiltərə) – 0:8
Qollar: Kempbell, 34; 59. Kazorla, 50. Uolkot, 53. Haukus , 55-avtoqol. İvobi, 71; 81. Akpom. 89