[b]Londonun ən yaxşı məşqçisi və oyunçusu məlum oldu[/b]
04.03.2017 - 00:05
“Çelsi”nin baş məşqçisi Antonio Konte mükafat alıb. Apasport.az saytının məlumatına görə, o, Londonun ən yaxşı məşqçisi mükafatına layiq görülüb.
Ötən gün təşkil olunan "London Football Awards" mərasimində ona hədiyyəsi təqdim edilib.
“Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante isə London klublarında oynayan ən yaxşı futbolçu olaraq mükafatlandırılıb.
Qeyd edək ki, İPL-də geridə qalan 26 turdan sonra turnir cədvəlində liderdir. O, ən yaxın izləyicisini 10 xal qabaqlayır.
0
0