[b]Lotar Matteus yığmamızla qarşılaşa bilər[/b]
18.01.2016 - 13:12
[b]Lotar Matteus yığmamızla qarşılaşa bilər[/b]

Martın 26-da millimizlə yoxlama görüşü keçirəcək Qazaxıstan yığmasını almaniyalı məşqçi çalışdıra bilər. Apasport.az saytı yerli mətbuata istinadən xəbər verir ki, Yuri Krasnojanın gedişindən sonra boş qalmış postu Lotar Matteusun tutmaq ehtimalı var.

 

Belə ki, Qazaxıstan futbol federasiyanın rəhbərliyi 55 yaşlı çalışdırıcı ilə danışıqlara başlayıb. 2011-ci ildən bəri işsiz qalan Matteusun bu təklifə razılıq verəcəyi gözlənilir.

 

Əgər danışıqlar baş tutsa, qazaxları millimizlə Antalyada keçiriləcək görüşə məhz Matteus çıxaracaq.

 

Məşqçilik karyerasına 2001-ci ildə start verən Matteus bu vaxta qədər “Rapid” (Vyana), “Partizan”, “Atletiko Paranaense”, “Zalsburq” və “Makkabi” (Netanya) klublarını, həmçinin Macarıstan və Bolqarıstan yığmalarını çalışdırıb. 

 

0