[b]Mirça Luçesku “Qalatasaray”a gəlmədi…[/b]
15.06.2014 - 19:30
[b]Mirça Luçesku “Qalatasaray”a gəlmədi…[/b]

 

“Qalatasaray” futbol klubunun Mirça Luçeskunu gətirmək planı iflasa uğrayıb. Apasprort.az saytının məlumatına görə, rumıniyalı mütəxəssis “Şaxtyor”da qaldığını və yeni müqavilə imzalayacağını bildirib.

 

Luçesku “Qalatasaray” başqanı Ünal Aysala zəng edərək, İstanbula gəlmək istəməsinə baxmayaraq, “Şaxtyor”un sahibi Rinat Əhmədovu yola gətirə bilmədiyini bildirib. Məlumata görə, Əhmədov Luçeskoya “Ölkədəki vəziyyətlə bağlı bura kimisə gətirə bilmirəm. Əgər bizi tərk etsən, baş məşqçisiz qalacağıq” deyib. Bu sözlərdən sonra rumıniyalı məşqçi “Şaxtyor”da qalacağına söz verib. Bundan əlavə, Rinat Əhmədovun Luçeskuya ildə 4,5 milyon avro məvacib verməklə, daha 2 illik müqavilə təklif etdiyi də bildirilir.

 

Xəbəri artıq “Qalatasaray” başqanı Ünal Aysal da təsdiq edib: “Klubu Luçeskunu buraxmadı. Üzümüzü Hollandiya və Almaniya bazarına çevirəcəyik”.

 

 

0