[b]Luis Enrike "Bavariya"da?[/b]
03.10.2017 - 21:25
[b]Luis Enrike "Bavariya"da?[/b]

Münhenin "Bavariya" klubunu ispaniyalı mütəxəssis çalışdıra bilər. Apasport.az xəbər verir ki, bu posta Luis Enrikenin gətiriləcəyi barədə məlumatlar yayılıb.

 

"Barselona"nın sabiq çalışdırıcısının yaxın günlərdə almanlarla görüşəcəyi bildirilir.

 

Xatırladaq ki, italiyalı Karlo Ançelottinin istefaya göndərilməsindən sonra "Bavariya" klubunda baş məşqçi postu hələlik boş qalıb.