[b]Luis Suaresin taleyinə aydınlıq gəldi[/b]
29.10.2016 - 13:31
[b]Luis Suaresin taleyinə aydınlıq gəldi[/b]

“Barselona” daha bir futbolçusu ilə bağlı qərarını verib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Kataloniya klubu bir çox oyunçusu kimi, uruqvaylını da komandada saxlamağa müvəffəq olub.

 

“Mançester Yunayted”in maraq dairəsində olan 29 yaşlı forvard klubla müqavilə müddətini 2021-ci ilə qədər uzatmağa razılıq verib. Müqavilənin xırda detalları da razılaşdırıldıqdan sonra məsələ rəsmiləşəcək.

 

Qeyd edək ki, Luis Suares 2014-cü ildən “Barselona”nın formasını geyinir.