[b]Luka Modriç iki il əvvəlin cəzasını çəkəcək[/b]
09.08.2017 - 21:09
[b]Luka Modriç iki il əvvəlin cəzasını çəkəcək[/b]

“Real” bazar günü baş tutacaq “Barselona” ilə superkubok oyununda Luka Modriçin xidmətindən istifadə edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, buna, xorvat futbolçunun 3 il öncə aldığı cəza səbəb olub.

 

İspaniyada superkubokun reqlamentinə əsasən, burda alınan cəzalar ancaq superkubok oyunlarına şamil olunur.

 

Belə ki, 2014-cü ildə “Atletiko” ilə superkubok oyununun (0:1) son dəqiqələrində qırmızı vərəqə alan Modriç, “Barsa” ilə avqustun 13-də baş tutacaq ilk superkubok oyununu buraxmalı olacaq.

 

Qeyd edək ki, Modriç avqustun 13-də “Nou Kamp”da baş tutacaq ilk oyunu buraxsa da, avqustun 17-də Madriddə keçiriləcək cavab oyununda şans qazana biləcək.