[b]Lyoris “Real”a keçsə...[/b]
07.02.2017 - 09:22
[b]Lyoris “Real”a keçsə...[/b]

“Tottenhem”in qapıçısı Uqo Lyoris karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, qışda London klubu ilə müqaviləsinin müddətini uzatmış fransalı qolkiper “Real”ın maraq dairəsinə düşüb.

 

“Çelsi”dən Tibo Kurtuanı heyətinə qatmaqda çətinlik çəkən “qalaktikos” bütün diqqətini Lyorislə danışıqlara yönəldib. “Tottenhem”də həftəyə 100 min funt-sterlinq qazanan çərçivə qoruyucusu Madridə köçsə, 2 dəfə artıq məvacib alacaq.

 

Qeyd edək ki, 2012-ci ildən “Tottenhem”də çıxış edən Lyoris 2008-ci ildən Fransa yığmasının da şərəfini qoruyur.