[b]Maksim Medvedev: 0:4&40[/b]
12.11.2016 - 13:51
DÇ-2018-in seçmə mərhələsinin Şimali İrlandiya ilə oyunu Azərbaycan millisinin futbolçusu Maksim Medvedev üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 27 yaşlı müdafiəçi yığma karyerasında 40-cı matça çıxıb.
Lakin Belfastdakı qarşılaşmada qeydə alınan yubiley uğursuzluqla müşayiət olunub. Öncə müdafiəçi başından zədələnərək sarğı ilə çıxış edib. Millimiz isə Maksimin 40-cı görüşündə 0:4 hesabı ilə uduzub.
Qeyd edək ki, Maksim 1 qol vurduğu millidə ilk matçını 2009-cu il oktyabrın 10-da keçirib. Həmin gün komandamız Vadutsda Lixtenşteyni 2:0 hesabı ilə məğlub edib.
0
0