[b]Maksim Medvedev: Ən ağır oyunlarımızdan biri idi[/b]
19.07.2017 - 00:00
[b]Maksim Medvedev: Ən ağır oyunlarımızdan biri idi[/b]

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev “Samtredia” ilə Çempionlar Liqasının II təsnifat mərhələsi cavab oyunundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyunla bağlı fikirlərin necədi?

- Mənim ən ağır oyunlarımdan biri idi. Bilirdik ki, hava istidi, ancaq bu qədər ağır olacağını gözləmirdik. Dünənki hazırlıq zamanı bir az sərin olsa da, bu gün dözülməz idi. Ona görə də bəzi şeylər alımnırdı. Tez yorulurduq, bir-birimizə kömək edə bilmirdik, çatışmazlıqlar var idi. Ancaq yenə də nə qədər yaxşı komanda olduğumuzu göstərə bildik.

 

- İlk oyundakı böyükhesablı qələbənin də təsiri ilə bir az arxayınlıq vardı sanki. Rəqibi bəzən boş buraxırdınız...

- Boş buraxmadıq. 4 müdafiəçi və Qara Qarayev 90 dəqiqə dayanmadan oynadıq. Sonuncu 10 dəqiqədə artıq gücümüz bitmişdi. Öndəki oyunçular da az köməyə gəldilər. Rəqib də hücumda yeni “nəfəslər”dən istifadə edirdi deyə müəyyən çatışmazlıqlar diqqət cəlb elədi.

 

- Jejniçakla anlaşma nə səviyyədədi?

- İnsan kimi də çox yaxşıdı, meydandakı anlaşmamızda da problem yoxdu. Həmişə birlikdə oluruq, çalışırıq ki, tez adaptasiya olsun.

 

- Növbəti mərhələdə kimi arzulayırsız?

- Mənim üçün fərqi yoxdu, ancaq belə görünür ki, “Şerif” daha iddialıdır.

 

- Albaniya klubu da ola bilər. Əgər elə ehtimal olsa, Aqolli sizə “Kukesi” haqqında nəsə deyəcək?

- Ansi ilə bir otaqda qalırıq. Soruşdum, o da oyuna baxıb, dedi ki, moldovalılar daha güclüdülər və çətin ki, “Kukesi” onları keçə bilsin.