[b]Maksim Medvedev: Məni futboldan küsdürdülər – MÜSAHİBƏ[/b]
23.11.2017 - 00:01
[b]Maksim Medvedev: Məni futboldan küsdürdülər  – MÜSAHİBƏ[/b]

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev “Çelsi” ilə oyundan (0:4) sonra jurnalistlərə müsahibəsində apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyundan qabaq nə düşünürdüz, oyundan sonra nə fikirləşirsiz?

- Birinci oyundan sonra bu komandanı daha yaxşı tanıdıq. Rəqibi analiz eləmişdik, necə oynadıqlarını bilirdik. Bunun nəticəsində də oyuna yaxşı başladıq, qol imkanı oldu, ancaq zərbə dirəyə dəydi. Ancaq qırmızı vərəqə və penalti bütün planlarımızı alt-üst elədi.

 

- Kapitan sarğısını alandan sonra hakimlə danışırdız. Nə hiss edirdiz, qərəzli olduğu hiss olunurdu mimikasında?

- Birinci dəfədi ki, emosiyası olmayan hakim görürdüm. Bütün komanda ilə üstünə getdik ki, penalti vermisən, heç olmasa “qırmızı” vermə. Biz dəqiq bilmirdik ki, penalti var idi, ya yox. Ancaq Rəşadın ilk folunda belə qərar çox ağır oldu. Çox ağır təsir elədi komandaya.

 

- “Qarabağ” ilk 20 dəqiqədə çox yaxşı oynayır, topa sahib olurdu. Bu amil hakimi qıcıqlandırmış ola bilərmi?

- Sanki elə ilk dəqiqədən antipatiya yaranmışdı “Qarabağ”a qarşı. Bizi “sındırmaq” istəyirdi.

 

- Qırmızı vərəqədən sonra baş məşqçi Qurban Qurbanov bütün komandanı başına yığdı. Elə təəssürat yarandı ki, sanki komanda meydanı yarımçıq tərk edir...

- Kənardan elə görünə bilər, ancaq ciddi bir şey deyildi. Belə bir şeyə hazır deyildik, ona görə də təcili şəkildə yerdəyişmələri başa saldı. Fasilədə isə tam başqa sistemə keçdik.

 

- Formanı kiminlə dəyişdiz?

- Heç kimlə. Oyunda elə vəziyyətdən yarandı ki, sanki məni futboldan küsdürdülər. Heç həvəsim qalmamışdı.

 

0