[b]Maksim Medvedev yığmanın düşərgəsindən ayrıldı [/b]
04.10.2017 - 09:53
[b]Maksim Medvedev yığmanın düşərgəsindən ayrıldı [/b]

Azərbaycan millisi ciddi itki ilə üzləşib. Apasport.az AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, “Qarabağ”ın müdafiəçi Maksim Medvedev 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində oktyabrın 5-də Çexiya, ayın 8-də Almaniya yığması ilə oyunlarda komandamıza kömək edə bilməyəcək.

 

Buna səbəb onun hazırlıqda zədəli olmasıdı. Medvedev artıq təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının düşərgəsindən də ayrılıb.