[b]Maradona ən güclü həmyerlisini açıqladı[/b]
09.02.2017 - 16:15
[b]Maradona ən güclü həmyerlisini açıqladı[/b]

Əfsanəvi futbolçu Dieqo Maradona ən yaxşı argentinalı məşqçi hesab etdiyi şəxsin adını açıqlayıb. Apasport.az saytı xəbər verir ki, o, “Sevilya”nın çalışdırıcısı Xorxe Sampaolini fərqləndirib.

 

Maradonanın fikrincə, Sampaoli hazırda həmyerlilərini üstələyir: “Əslində, birinci yerə Dieqo Simeoneni də göstərmək olar. Amma o, “River Pleyt”dən getməklə komandanın axırıncı pillədə qərarlaşmasına səbəb oldu. Buna görə də, hazırkı məqamda ən yaxşı argentinalı məşqçi Sampaolini sayıram”.

 

Qeyd edək ki, 2012-2016-cı illərdə Çili yığmasını çalışdırmış Sampaoli ötən ildən “Sevilya”nın “sükanı arxası”ndadı.