[b]Maradonanı ötmək istəyir[/b]
05.02.2017 - 18:39
“Napoli”nin yarımmüdafiəçisi Marek Hamşik bu komandanın əfsanəsi Dieqo Maradonanı geridə qoymaq istəyir. Apasport.az saytının məlumatına görə, Hamşik A seriyasının XXIII turunda “Bolonya” ilə keçirilən oyunda (7:1) het-trik edib.
Bununla da o, “Napoli”də vurduğu qolların sayını 109-a çatdırıb. Maradona isə “Napoli”də 115 qol vurub.
Hamşik bildirib ki, Maradonanı geridə qoysa, xoşbəxt olacaq: “Sevinirəm ki, het-trik etdim. Bu, mənim üçün böyük göstəricidi. Maradona? Bu mövsüm onu geridə qoymaq mümkün olmayacaqsa, gələn mövsüm alınacaq. Belə olsa, xoşbəxt olacam”.
0
0