[b]Martın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı[/b]
                    
                    14.04.2017 - 16:15
                        
                    Futbol üzrə Azərbaycan I Divizionunda martda vurulan ən gözəl qolun müəllifi Orxan Qurbanlı (“Səbail”) mükafatlandırılıb. Apasport.az-ın PFL-in saytına istinadən məlumatına görə, gənc oyunçu mükafatına hazırda davam edən “Zaqatala” – “Səbail” matçından öncə qovuşub.
Qurbanlıya mükafatı Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Zamiq Hüseynov təqdim edib.
Qeyd edək ki, Peşəkar Futbol Liqası Topaz Premyer Liqası ilə yanaşı I Divizionun işıqlandırılmasına da xüsusi diqqət ayırır. Təsadüfi deyil ki, sözügedən matça jurnalistlərin səfəri də təşkil olunub.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
             
                     
                     
                                             
                                             
                                            