[b]Məhkəmə Maşallah Əhmədova vaxt verdi[/b]
22.11.2016 - 11:08
[b]Məhkəmə Maşallah Əhmədova vaxt verdi[/b]

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Apasport.az saytının APA-ya istinadən məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Maşallah Əhmədovun vəkili çıxış edərək bildirib ki, artıq dəymiş zərərin ödənilməsi ilə bağlı işlər görülür.

 

Vəkil bu səbəbdən məhkəmə iclasının hələlik təxirə salınması haqqında vəsatət qaldırıb. 

 

Məhkəmə dəymiş ziyanı ödəmək üçün Maşallah Əhmədova vaxt verib.

 

Məhkəmə prosesi noyabrın 25-də davam etdiriləcək

 

Qeyd edək ki, bugünkü prosesdə dövlət ittihamçısı çıxış edərək Maşallah Əhmədova cəza istəyəcəkdi.