Dələduzluqda təqsirli bilinən sabiq futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi davam edib. Apasport.az saytının Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş Yusif Əzizov deyib ki, M.Əhmədovla aralarında heç bir razılaşma yoxdu. O, məhkəmədən M.Əhmədova yüksək cəza verilməsini xahiş edib. M.Əhmədov isə zərərin ödəniləcəyini deyib.
Sabiq futbolçunun vəkili prosesə gəlmədiyi üçün iclas təxirə salınıb. Daha sonra M.Əhmədovla digər zərərçəkmiş Sərxan arasında əlbəyaxa mübahisə yaranıb. Penitensiar xidmətinin və yerli icra orqanlarının məsələyə müdaxiləsizindən sonra ara sakitləşib.
Proses dekabrın 2-də davam etdiriləcək.
Qeyd edək ki, Maşallah Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərdən 150 min manatdan artıq pul alaraq xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin sözünə əməl etməyib, həmin şəxslərin də pulunu qaytarmayıb. Binəqədi Rayon Məhkəməsi Maşallah Əhmədov barəsində ev dustaqlığı barədə qərara qəbul edib.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat