[b]Meksika liderliyi əldən vermədi[/b]
14.06.2016 - 10:08
[b]Meksika liderliyi əldən vermədi[/b]

Amerika Kuboku – 2016-da qrup mərhələsi başa çatmaq üzrədi. Apasport.az saytının məlumatına görə, bu gün səhər C qrupunda III turun görüşləri baş tutub.

 

Formal xarakter daşıyan Uruqvay – Yamayka matçı birincilərin böyükhesablı qələbəsi ilə nəticələnib. Eyni xala malik Meksika ilə Venesuela isə öz aralarında qrup birincisini müəyyən etməli idilər. Sona 10 dəqiqə qalmış məğlubiyyətdən qurtulan Meksika millisi lider, Venesuela isə ikinci kimi 1/4 finala vəsiqə qazanıb.

 

Meksika növbəti mərhələdə D qrupunun ikincisi, Venesuela isə lideri ilə üz-üzə gələcək.

 

D qrupunda son turun qarşılaşmaları sabah keçiriləcək. Öncə Çili Panamanı (Bakı vaxtı ilə saat 04:00), ardından isə Argentina Boliviyanı (06:00) sınağa çəkəcək.

 

 

Amerika Kuboku – 2016

Qrup mərhələsi

C qrupu, III tur

 

Meksika – Venesuela – 1:1

Qollar: Korona, 80 – Velaskes, 10

 

Uruqvay – Yamayka – 3:0

Qollar: Abel Ernandes, 21; Uotson, 66 (avtoqol); Karuxo, 88

 

1.

Meksika 

3

2

1

0

6-2

7

2.

Venesuela 

3

2

1

0

3-1

7

3.

Uruqvay

3

1

0

2

4-4

3

4.

Yamayka

3

0

0

3

0-6

0